Aptek sahibi İTV əməkdaşlarına HÜCUM ETDİ
    • 8-06-2020, 18:25
    • 502

Aptek sahibi İTV əməkdaşlarına HÜCUM ETDİ

İctimai Televiziyanın (İTV) əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. 

News24.az xəbər verir ki, Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri   haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib. Belə ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov çəkiliş media nümayəndələrinə hücum edərək  kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb.

Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov  Şöhrət Eyvazov və operator Vüsal Quliyevə  fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib. Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə -  102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “ xuliqanlıq” maddəsiylə saxlanıb.
Araşdırma davam edir. /qafqazinfo.az/