Koronavirusa yoluxanlarda ağırlaşma halları cavanlaşıb - TƏBİB
    • 9-06-2020, 19:29
    • 835

Koronavirusa yoluxanlarda ağırlaşma halları cavanlaşıb - TƏBİB

"Gənc yaşlarında yoluxanların sayı artıb, həm də ağırlaşma halları cavanlaşıb".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, 39 yaşında olanlar arasında, ağırlaşmalar çoxalıb:"Onlar arasında təəssüf ki, həkimlər də var. Qadınlar arasında yoluxmaların sayı artıb, 54 faiz olub. Siyəzəndə 12 yoluxma olub, hamısı qadınlardı, onlar yas yerinə gedənlərdir. Maskadan istifadə etməyiblər". 

Afaq Mirayiq