Azərbaycanda 43 yaşlı şəxs KORONAVİRUSDAN ÖLDÜ
    • 15-05-2020, 17:25
    • 970

Azərbaycanda 43 yaşlı şəxs KORONAVİRUSDAN ÖLDÜ

Azərbaycanda 101 nəfər koronavirusa yoluxub, 1977 ci ildən olan şəxs vəfat edib.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, cəmi yoluxma sayı 2980 müəyyən edilib. 1058 aktiv xəstə müalicə alır. Onlardan 35 nəfər reanimasiyada müalicə alır. 

TƏBİB sədri bildirib ki, Aktiv yoluxma halların sayı 13 aprelə qədər artıb, 27 aprelə qədər azalıb. Aktiv yoluxma halları 27 aprel – 2 may tarixində sabitləşib. 2 maydan bu günə qədər isə yoluxmanın davamlı şəkildə artması müşahidə olunub.

O qeyd edib ki, yoluxma sürəti 20-31 mart tarixlərində ən yüksək olub:“May ayının əvvəlindən təsdiq edilmiş yoluxma hallarının sayı sürətlə artıb və bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”.

Afaq Mirayiq