-
- 15-04-2020, 17:30
- 1 227
Azərbaycanda koronavirusa yoluxanların əksəriyyəti qadınlardır - Ramin Bayramlı
"Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6-sı süni nəfəs aparatına qoşulub".
News24.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.
R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:
"Bu günə qədər 75 397 test edilib. Ölüm sayı 13-dür. Bu gün ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".