“COVİD 19-un anti-virusları dünyada məhduddur”- RAMİN BAYRAMLI
    • 10-06-2020, 12:09
    • 448

“COVİD 19-un anti-virusları dünyada məhduddur”- RAMİN BAYRAMLI

“Hər bir COVİD 19 xəstəsinin müalicəsində istifadə olunan anti-virus preparatları yeni olduğu üçün dünyada istehsalçıları məhduddur”. 

News24.az xəbər verir ki, bunu TƏBİB-n İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus xəstələrinin müalicəsində istifadə olunan dərmanlarla bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, hansı ölkə onu istehsal edirsə, həmin o dərmanlar da o ölkələrdən alınır: “Elə dərmanlar var ki, yalnız Çin istehsal edir, bütün Avropa da ordan alır. Məsələn, qonşu Türkiyə iki dərmanı Çindən aldı,  Avropa da ordan alıb. Çünki yalnız orda var. O preparatların adını çəkmək düzgün olmaz. Amma biz keyfiyyətə çox böyük önəm veiririk”.

R.Bayramlı onu da əlavə edib ki, Azərbaycan xəstəxanalarında yalnız Almaniyadan gətirilən testlər istifadə olunur. 

Afaq Mirayiq