Azərbaycanda bir ailənin 7 üzvü yol qəzasına düşüb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
    • 10-07-2018, 15:36
    • 919

Azərbaycanda bir ailənin 7 üzvü yol qəzasına düşüb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlər:
Fuad Aydınzadə (1988), Bənövşə Aydınzadə (1963), Nuray Aydınzadə (7 aylıq).

Yaralılar:
Aydınzadə Nuranə (1995), Aydınzadə Nigar (1987), Aydınzadə Əli (2008), Aydınzadə Zəhra (2011)