Tramp və ailəsi etirazlara görə sığınacağa aparıldı
    • 10-06-2020, 14:11
    • 568

Tramp və ailəsi etirazlara görə sığınacağa aparıldı

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra 6 gündür ki, etiraz aksiyaları səngimək bilmir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox ştatda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar yaşanıb. Ötən cümə günü etirazçılar Ağ Evin ətrafında yığışıblar.

Həmin vaxt etirazçıların Ağ Evin qarşısındakı dəmir barrikadaları yıxdığı, prezident Donald Trampın isə sığınacağa aparıldığı iddia edilib. 

Bu zaman onun yanında həyat yoldaşı Melaniya Tramp və Barron olub.  Tramp ailəsinin Ağ Evin altındakı sığınacaqda 1 saat qaldığı bildirilib. 

Daha sonra ABŞ prezidenti "Twitter" üzərindən bu iddianı rədd edib.