Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO
    • 11-06-2020, 10:22
    • 733

Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,  daxil olmuş müraciət əsasında keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuku oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.