"Məndən 5 min manat istədi..." - NADİR QAFARZADƏ
    • 11-06-2020, 10:32
    • 1 306

"Məndən 5 min manat istədi..." - NADİR QAFARZADƏ

"Bir aktyor var, çox xoşum gəlir. Adını çəkməyəcəm, yaxşı aktyordur. Gəncdir, amma çox istedadlıdır. Onu klipimə çəkmək istədim, məndən 5 min manat istədi. Hər bir şeyin qiyməti var. 5 min manat elə-belə pul deyil. Onun pərəstişkarıyam: Hikmət Rəhimovdur. Ona ikinci Fuad Poladov deyirəm. Məndə də həmin vaxt o pul yox idi".

News24.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "5də5" verilişində deyib. 

Qeyd edək ki, Hikmət Rəhimov bir çox filmlərdə rol alıb.

Sevda Bayramova