-
- 11-06-2020, 15:57
- 744
AQTA mal-qaranın kəsimi zamanı zəruri qaydaları AÇIQLADI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mal-qaranın kəsimi zamanı olan zəruri qaydaları açıqlayıb.
AQTA-dan News24.az-a verilən məlumata görə, mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir.
Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı, kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli, kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı, kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməlidir.
Qeyd edilib ki, əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı, axlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı, ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalıdır. Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.