-
- 1-10-2018, 11:36
- 1 307
Suriyada Rusiya Silahlı Qüvvələrinin 112 hərbçisi həlak olub
Suriyadakı hərbi əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin 112 hərbçisi həlak olub.
Bunu Rusiyanın Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Bondarev bildirib.
Rəsmi Moskvanın Suriyadakı əməliyyatlarda iştirakının 3-cü ildönümü ilə bağlı danışan komitə sədri keçmiş sovet ordusunun Əfqanıstandakı itkiləri ilə Rusiyanın itkilərini müqayisə edib. Onun sözlərinə görə, Əfqanıstanda müharibədə iştirak etdiyi ilk 3 ildə sovet ordusunun 4,8 min hərbçi həlak olmuş, azı 60 tank, 400-ə yaxın zirehli döyüş maşını, piyadaların zirehli maşını və zirehli kəşfiyyat maşını, 15 təyyarə, 97 helikopteri məhv edilmişdi: “Ancaq bizim Silahlı Qüvvələr Suriyadakı hərbi əməliyyatlarda 112 hərbçi, 8 təyyarə, 7 helikopter, təxminən, 1-2 zirehli döyüş maşını itirib”.
O, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisyanın İraqdakı itkilərindən də bəhs edib: “ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya 3 ildə (2003-2006-cı illərdə) 2515 hərbçi, 10-20 tank, azı 50 zirehli döyüş maşını, 15 təyyarə və 80-ə yaxın helikopter itirib”.
Qeyd edək ki, Rusiya 2015-c il sentyabrın 30-da Suriyadakı hərbi əməliyyatlarda iştirak edir.