Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub - FOTO
    • 12-06-2020, 11:24
    • 1 078

Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb. Oğurladığı qızılların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı ŞRPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.