-
- 12-06-2020, 12:53
- 515
"Şagirdlərin sağlamlığı bizim üçün ən önəmli məsələdir" - Təhsil naziri
Təhsil naziri Ceyhun Bayramov XI sinif şagirdlərini, müəllimləri və valideynləri “Son zəng” münasibətilə təbrik edib.
Nazir virtual “Son zəng”də çıxışı zamanı bildirib: "Bilirik ki, bu günü səbirsizliklə gözləyirdiniz. Etiraf edim ki, sizin üçün unudulmaz olan “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir. Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır. Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir". /APA/