Türkiyədə küçəyə çıxmaq yenidən QADAĞAN EDİLƏ BİLƏR
    • 12-06-2020, 16:03
    • 481

Türkiyədə küçəyə çıxmaq yenidən QADAĞAN EDİLƏ BİLƏR

Türkiyədə küçəyə çıxmaqla bağlı qadağa yenidən gündəmə gəlib.

News24.az "Haberler"ə istinadən xəbər verir ki, buna səbəb əhalinin qaydalara riayət etməməsi və yoluxma sayının artmasıdır. 

Qadağaların ləğvindən yoluxma sayının bu ay üçün 500-dən aşağı, iyul ayı üçün isə 100-dən az olacağı gözlənilsə də rəqəmlər özünü doğrultmayıb.

Ötən gün Türkiyədə yoluxma sayı 987 olub. 

Bildirilib ki, qadağaların yenidən tədbiq edilməsi ilə bağlı səhiyyə naziri Fəxrəddin Qoca ilə danışıqlar aparılır.