Dünyanın ən qəribə 10 cütlüyü
    • 1-10-2018, 13:55
    • 1 724

Dünyanın ən qəribə 10 cütlüyü

Sevgi elə bir hissdir ki, aşiqlər öz sevgililərində olan çatışmazlıqları çox vaxt görmürlər. Belə cütlüklər onları əhatə edən insanların davranışlarına baxmayaraq xoşbəxt olmaq üçün əllərindən gələni edirlər. Amma bəzən sevgilinizin şəxsi xüsusiyyətləri elə gözə çarpan olur ki, onu görməməzlikdən gəlmək sadəcə imkansız olur. News24.az saytı sizə 10 qeyri-adi cütlüyü təqdim edir.

1.Hindistanda yaşayan 18 yaşlı Manqli  Munda, Şer adlı sahibəsiz itlə ailə qurub. Kənd camaatı onların nikah bağlamasını istəyib. Kənd ağsaqqalları hesab edib ki, belə olan halda qız kəndin üzləşəcəyi qara qüvvələrdən uzaq olacaq.
2. Cütlük 2009-c ildən görüşür. Onları görən nənə və nəvə olduğunu zənn edir. Kaylın dediyinə görə, həmyaşıdları ilə münasibət qurmaq onu maraqlandırmır. Bəziləri isə onu hiyləgərlikdə ittiham edir. Bir çoxları isə onların saf sevgisinə inanır.
3. 8 yaşlı Sanele Masilela axirət dünyasında cəzalanmaqdan ehtiyat edərək 61 yaşlı Helen Şabanquyla evlənib. Toy mərasimi keçirilib və balaca oğlan anası yaşında qadınla nikaha girib. Oğlanın ailəsi iddia edir ki, bu yalnız mərasimdir və hüquqi prosesdən söhbət gedə bilməz. Balaca adaxlının anasının sözlərinə görə, oğlanın adı babasının şərəfinə qoyulub. Balacanın babası ömürünün sonuna kimi yenidən evlənə bilməyib və məhz buna görə axirətdən ismarış göndərək onun əvəzinə balaca uşağın evlənməsini xahiş edib.
4.. ABŞ-dan olan 38 yaşlı Çariti Pirs 358 kiloqram çəkiyə sahibdir. Onun sevgilisi 22 yaşlı gənc isə normal çəkilidir. Lakin nə artıq kiloları, nə də yaş fərqi onların sevgisinə mane olmayıb. Cütlük yaxın zamanlarda evlənmək də istəyir.
5. Tayler Ziqel ABŞ ordusunun serjantı olub. İraqdan qayıdanda isə aldığı xəsarətlərdən tanınmaz hala düşüb. Hərbçinin müharibəyə sevgilis Rene Klyayn yola salıb. Ancaq qayıdandan sonra o təkidlə ailə qurmaq istədiyini deyir. Cütlük 2006-cı ildə evləndi. Bir il sonra isə onlar ayrıldılar. Ziqel müsahibələrindən birində deyirdi ki, Klyayn ailə həyatına tam hazır olmadığını bildirib.
6. Fransinaldo Da Silva Karvalyunun boyu cəmi 165 santimetrdir, amma onun sevgilisi Elisani Da Krus Silva 2,1 metr boya sahibdir. Bu boy fərqinə baxmayaraq cütlük həyatlarından məmnundur.
7. Cənab Troyer balaca boyuna baxmayaraq böyük müvəffəqiyyətə nail olub. "Harri Potter və fəlsəfə daşı" filmlində rol almış məşhur aktyor populyarlıq qazanıb. Balaca aktyor ictimaiət qarşısına gözəl qızların əhatəsində çıxır. Həmin qızlardan biri - Jenevyev Qallen onun sevilisidir.
8. Bu cütlük dünyada bədəninə ən çox döymə vurduran cütlük kimi Ginessin Rekordlar Kitabına düşüb. Peralta ailəsinin praktik olaraq bütün bədəni yazılarla doludur. Cütlük bədənlərinə, hətta dillərinə belə pirsinqlər ediblər.
9. İlk baxışda Arin Endryus və Keti Xill — tamamilə adi cütlükdür. Onların həyat tarixçəsini bilmədən heç vaxt onlara küçədə və ya ictimai nəqliyyatda diqqəti yönəltməyəzsən. Bu iki gənci hərkəsdən fərləndirən onların cinslərini dəyişdirməsidir. Keti Arini qız, Keti Hill isə oğlan olub. Onlar öz istəkləri ilə görünüşlərini dəyişiblər və daha sonra qarşılaşıblar. Bu qarşılaşma isə yeni sevginin təməlini qoyub.
10. İngiltərədən olan Barbarella Bühner iki pişiyilə evlilik mərasimi təşkil edib. 48 yaşlı gəlin bal ayını Kanar adalarında keçirib.
Şəlalə Ağayeva