Xanımların xarici vətəndaşlarla tanış olmaq arzusunun əsas 3 səbəbi var. 

News24.az həmin səbəbləri araşdırıb və oxucular üçün yayımlayır:

Öhdəliksiz münasibət

Bir çox xanım heç bir səbəb olmadan əcnəbi sevgili arzu edir. Onlar sevgi haqda düşünmür, həmin şəxslə ölkəni tərk etmək istəmir, ailə qurmaq istəyi yoxdur və ən əsası sevgilisindən uşaq dünyaya gətirək kimi bir istəyi olmur. 

Lakin, onların arasında elələri də olur ki, əcnəbi ilə yatıb, seksdə kimin daha təcrübəli olduğuna qərar vermək istəyirlər. 

Səyahət

Elə qadınlar da var ki, bu tip tanışlıqdan səyahət etmək üçün istifadə edir. Arzularına çatmaq üçün isə daha çox tanışlıq saytlarında saatlarla vaxt keçirir və ya gecə klubunda daimi münasibət üçün birini tapır. Bu xanımların gözü “düzgün” kişi axtarır. Hansılar ki, xarici ölkədə onlara həm bələdçi olacaq həm də bahalı hədiyyələr alacaq. 

Ümumi maraqlar üzrə ünsiyyət

Burada söhbət seks və sevgi romanından getmir. Sadəcə olaraq qarşı tərəflə ünsiyyət, xanımın xarici dil bazasını genişləndirir, danışığını mükəmməl səviyyəyə çatdırır.

//News24.az