Salyanda meyiti tapılan şəxsi gözətçi GÜLLƏLƏYİB - YENİLƏNİB
    • 16-06-2020, 13:00
    • 449

Salyanda meyiti tapılan şəxsi gözətçi GÜLLƏLƏYİB - YENİLƏNİB

Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib.

Hadisə ötən gecə saatlarında Qaraçala kəndi ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, gölə balıq tutmaq üçün gələn 2 nəfər gözətçi, 1995-ci il təvəllüdlü Abdullayev Rəşad Valeh oğlu tərəfindən güllələnib.  
Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Qarayev Asif Gəray oğlu hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Aydınov Fərzalı Vidadi oğlu isə güllə yarası alıb.

Sonuncu Salyan rayon xəstəxanasına yerləşdirilib. 

Hazırda silahlı insidentin baş verdiyi ərazidə istintaq hərəkətləri davam etdirilir. /APA/ 



****
10:35

İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.