"Midea"nın milyarder sahibinin evinə silahlı və bombalı hücum - GİROV GÖTÜRDÜLƏR
    • 16-06-2020, 11:34
    • 356

"Midea"nın milyarder sahibinin evinə silahlı və bombalı hücum - GİROV GÖTÜRDÜLƏR

25 milyard dollarlıq sərvəti ilə Çinin və dünyanın ən varlı insanlarından biri olan He Xiangjianı qaçırmaq istəyiblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, beş silahlı və bombalı hücumçu ev əşyaları istehsal edən "Midea" şirkətinin qurucusu He Xiangjianın evinə basqın edib.

Hücum edənlər 77 yaşlı He Xiangjianı girov götürüblər. Xiangjianın 55 yaşlı oğlu, Çinin altıncı varlı adamı He Jianfeng ailəsinin malikanəsindən qaçmağı bacarıb. O, yaxınlıqdakı çayı üzərək polisə xəbər verib.

Polisin başladığı əməliyyatda 5 hücumçu tutulub. Çinli milyarderin səhhətinin yaxşı olduğu bildirilir.