Bakıda mağazadan 10 min manatlıq QOL SAATLARI OĞURLANDI
    • 16-06-2020, 13:15
    • 984

Bakıda mağazadan 10 min manatlıq QOL SAATLARI OĞURLANDI

Bakıda mağazadan 10 min manatlıq qol saatları oğurlanıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mağazadan ümumilikdə 1930 manat pul, 10000 manat dəyərində 6 ədəd qol saatı, 600 manat dəyərində saat kəmərləri, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.