Hərbi zavoddakı yanğında xəsarət alanlar Bakıya gətirildi
    • 1-10-2018, 14:34
    • 993

Hərbi zavoddakı yanğında xəsarət alanlar Bakıya gətirildi

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfər Bakıya gətirilib.
Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Mərkəzin baş həkimi Şöhrət Məmmədov məlumatı  təsdiq edib. 
Onun sözlərinə görə, xəstələrin vəziyyəti stabil ağır olaraq qalır:
“Reanimasiya şöbəsində müalicə alırlar. Hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin üçüncü və dördüncü dərəcəli yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilənlər Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğludur. ”.
Baş həkim deyib ki, xəstələrdən birinin bədən səthinin 45, digərinin isə 25 faizi yanıb”.
//oxu.az