Bakıda şirkətdə yanğında çilingər öldü
    • 29-10-2018, 17:13
    • 993

Bakıda şirkətdə yanğında çilingər öldü

Bakıda iş yerində yanıq xəsarəti alan şəxs ölüb.
Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən “Ekol Mühəndislik xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində çilingər vəzifəsində işləyən 21.07.1988-ci il təvəllüdlü Mustafayev Adəm Alxan oğlu iş yerində yanıq xəsarəti alıb. 
Adəm Mustafayev QSC-nin inzibati ərazisindəki sexdə quraşdırılmış motorxanada təmir işləri apararkən motorun kamerasında anidən başlayan yanğın zamanı yanıq xəsarətləri alıb. 
Xəstə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Lakin aldığı xəsarətlərdən orada dünyasın dəyişib.
 
Faktla bağlı cinayət işi başlanılıb.


//oxu.az