BNA-dan tibb işçilərinə dəstək aksiyası - VİDEO
    • 17-06-2020, 14:06
    • 483

BNA-dan tibb işçilərinə dəstək aksiyası - VİDEO

Bakı Nəqliyyat Agentliyi 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı ilə əlaqədar aksiya keçirib. Sosial Məsuliyyət layihələri çərçivəsində təşkil edilən aksiya zamanı koronavirus xəstələrinin müalicəsinə cəlb olunan bir qrup tibb işçisinə gül və təbrik açıqcaları təqdim olunub.

BNA-dan News24.az-a verilən məlumata görə, virusa yoluxan vətəndaşların sağlamlığı üçün əsl fədakarlıq göstərən tibb işçiləri artıq bir neçə aydır ailə üzvləri və doğmalarından təcrid olunmuş vəziyyətdədilər. Hər gün onların karantin məqsədi ilə ayrılan otellərə və tibb müəssisələrinə daşınması Bakı Nəqliyyat Agentliyinin ayrıdığı xüsusi avtobuslarla həyata keçirilir.