Bakıda 33 yaşlı oğlan DƏNİZDƏ BATDI
    • 18-06-2020, 10:33
    • 594

Bakıda 33 yaşlı oğlan DƏNİZDƏ BATDI

Bakıda 33 yaşlı oğlan dənizdə batıb. 

Xəzər rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, prokurorluğa Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımovun ötən gün saat 19 radələrində dostu ilə birlikdə Şüvəlan qəsəbəsi “Mayak” çimərliyində dənizdə üzərkən boğularaq ölməsi barədə məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən dərhal hal şahidlərinin iştirakı ilə meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosesual hərəkətlər həyata keçirilib. T. Qasımovun meyiti MTEPAB-nın Xəzər rayon Şöbəsinə müayinə olunması üçün təqdim edilib.

Hazırda faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.