Henrix Mxitaryan Bakıya gəlməkdən imtina etdi
    • 1-10-2018, 16:28
    • 894

Henrix Mxitaryan Bakıya gəlməkdən imtina etdi

Henrix Mxitaryan Bakıya gəlməyəcək.

Bu barədə Britaniyanın nüfuzlu “The Sun” nəşri yazıb.

Nəşr futbolçunun özünün bu qərara gəldiyini vurğulayıb.

O da qeyd olunub ki, Azərbaycan hökuməti 2015-ci ildə olduğu kimi, erməni futbolçunun Bakıya gəlməsi üçün qanunda istisnalara icazə verib. Lakin üç il əvvəl olduğu kimi, Mxitaryan Bakıya gəlməkdən vaz keçib.

Qeyd edək ki, Henrix Mxitaryan iki dəfə Azərbaycan ərazisi sayılan Dağlıq Qarabağa səfər edib. Bununla belə, onun adı Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxsləri siyahısında deyil.