Binədəki dəhşətli qəzanın səbəbi AÇIQLANDI
    • 1-10-2018, 16:41
    • 2 013

Binədəki dəhşətli qəzanın səbəbi AÇIQLANDI

Bakının Binə qəsəbəsi ərazisində qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb.

Bu barədə  açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır".

Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 20 nəfər xəsarət alıb.

//BakuPost