-
- 19-06-2020, 16:31
- 613
Azərbaycan sərhədlərini avqustun 1-dək açmayacaq
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılmışdır.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları, çarter reysləri və xüsusi reyslər istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixədək uzadılmışdır.