SON DƏQİQƏ! Azərbaycanda sərhədlərin açılmasının vaxtı UZADILDI
    • 29-05-2020, 16:04
    • 1 584

SON DƏQİQƏ! Azərbaycanda sərhədlərin açılmasının vaxtı UZADILDI

Azərbaycanın dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Operativ Qərargahdan News24.az-a daxil olan məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.