Yaqut Qarayeva: “Azərbaycanda virus mutasiya edir, martdakından ağırdır”
    • 20-06-2020, 11:20
    • 787

Yaqut Qarayeva: “Azərbaycanda virus mutasiya edir, martdakından ağırdır”

"Virus sərhəd, yaş, sosial təbəqə tanımır. Biz insanıq və virusun yaşaması üçün bizim hüceyrələrimizə ehtiyacı var. Virus Azərbaycanda mutasiya edir, bu gün simptomları olmayan xəstələr çox azdır".

News24.az xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib. O qeyd edib ki, bugünkü xəstəlik mart ayındakı xəstəlikdən fərqlidir:"İndi virus daha ağır xəstəliyə səbəb olur. Virusun mutasiyası davam edir. Hər bir kəs özünü və bu yolla öz ətrafını qorumalıdır”.