-
- 2-04-2020, 12:59
- 1 108
"Koronavirusun evdə müalicəsi mümkündür" - Yaqut Qarayeva
Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva koronavorisun ev şəraitində müalicəsinin mümkünlüyünə münasibət bildirib.
News24.az-ın xəbərinə görə, o qeyd edib ki, bir çox ölkələrdə xəstəliyi yüngül formada keçirənlərin müalicəsi ev şəraitində aparılır. "Hazırda bizim xəstələrin karantinlərdə müalicəsi aparılır. Amma zərurət yaranarsa, başqa ölkələrin təcrübəsindən yararlana bilərik. Bilirsiniz ki, bu yaxınlarda böyük bir xəstəxana da istifadəyə verilib. Yəni hələ ki belə bir zərurət yoxdur".
Y.Qarayeva koronavirusdan sağalanlarla bağlı da məlumat verib: "Çox sual olunur ki, xəstəliyin bitməsi necə bilinir. Xəstədə qızdırma 3 gün yoxdursa, iki dəfə test olunmalıdır, əgər neqativ olarsa, onda xəstəxanadan buraxılır".
Afaq Mirayiq