SMS icazədən sui-istifadə edənlər haqda hüquqi müstəvidə qərarlar veriləcək
    • 20-06-2020, 11:34
    • 529

SMS icazədən sui-istifadə edənlər haqda hüquqi müstəvidə qərarlar veriləcək

"Ötən karantin rejimjndə göndərilən mesajların 60 faizi təyinatına uyğun deyildi. Bu cür mesajlara görə, vacib olan müraciətlərə gec cavab verilirdi".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, ötən dövrdə gün ərzində 1 milyon SMS gəlib:"Sui-istifadə edən şəxslərlə bağlı hüquqi müstəvidə qərarlar veriləcək. Hər kəs təyinatı üzrə SMS göndərsinlər".

Ü.Mehdiyev beynəlxalq uçuşlarla bağlı məsələyə münasibət bildirib:"Bunun üçün SMS xidmətə ehtiyac yoxdur. Onlar sərhəddən keçərkən biletlərinə vurulan ştampı göstərib keçəcəklər".

Afaq Mirayiq