Taksilərdə sərnişinlərin sayı iki nəfərdən çox olmamalıdır
    • 20-06-2020, 13:02
    • 748

Taksilərdə sərnişinlərin sayı iki nəfərdən çox olmamalıdır

"Sərtləşdirilmiş karantin rejimi dövründə taksi fəaliyyətinə icazə verilib. lakin həmin taksilərdə şəffaf arakəsmələr mütləq şəkildə olmalıdır".

News24.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, taksilərdə sərnişinlərin sayı iki nəfərdən çox olmamalıdır: "Onlar arxa oturacaqlarda aparılmalıdır. Həm sürücülər, həm də sərnişinlər taksilərdə mütləq qaydada tibbi maskalardan istifadə etməlidirlər".