Evini təmir etmək istədi, öldü
    • 22-06-2020, 10:21
    • 608

Evini təmir etmək istədi, öldü

İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.