-
- 2-10-2018, 10:46
- 1 655
Boris Conson Tereza Meyin acığına alt paltarında qaçdı — FOTO
İngiltərənin sabiq XİN rəhbəri Boris Conson Oksfordşir çölündə tumanla qaçıb.
Conson bu hərəkəti ilə Britaniyanın baş naziri Tereza Meyi trol edib. Ötən il Tereza Mey jurnalistlərə etiraf etmişdi ki, onun həyatında ən axmaq hərəkəti fermerlərin acığına dostları ilə buğda tarlasında qaçmaq olub.
Conson isə bir neçə ay əvvəl baş nazirin Breksit siyasəti ilə razılaşmadığı üçün istefa verib. İndi Boris hər fürsətdə Terezanı tənqid edir. Bir müddət əvvəl isə Boris Terezanın Breksit planını anormal adlandırıb.
Conson dəfələrlə Meyi Breksit üçün başqa plan tərtib etməyə, Avropa İttifaqı ilə ticarət müqaviləsini dəyişməyə səsləyib. Amma Mey bildirir ki, onun planı Aİ-dən ayrılmaq üçün ən etibarlı variantdır.
//BBC