Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur - STATİSTİKA
    • 23-06-2020, 12:21
    • 676

Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur - STATİSTİKA

Azərbaycanda koronavirusa yoluxanların yaş üzrə statistikası açıqlanıb. 

News24.az "koronavirus.az" saytına istinadən xəbər verir ki, virusa yoluxanların 21 faizi 50-59 yaş arasında olan sakinlərdir. 

Virus aşkarlanan 18 faiz yoluxanlar isə 30-39 yaş arasındadır. 

Statistikaya əsasən 3-cü sırada 60-69 yaşlarında olan yaşlılardır. Onlar ümumi yoluxmaların 16 faizini təşkil edilər. 

Yoluxma digər yaşlara görə 40-49 yaş (15 faiz), 20-29 yaş (14 faiz), 10-19 yaş (6 faiz), 0-9 yaş (5 faiz), 70-79 yaş (4 faiz), 80 yaşdan yuxarı (2 faiz) təşkil edir.