"Koronavirusa yoluxanların əksəriyyəti 50-59 yaş arasındadır" - Zaur Əliyev
    • 6-05-2020, 17:18
    • 961

"Koronavirusa yoluxanların əksəriyyəti 50-59 yaş arasındadır" - Zaur Əliyev

Koronavirusa yoluxanlar əsasən 50-59 yaş arasında dəyişir. 

News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxanlar arasında qadınlar 54 faiz təşkil edib. Vəfat edənlər isə 60-69 yaş qrupunda olublar: "Ümumilikdə virusa yoluxanların 5%-i 0-9 yaş, 6%-i 10-19 yaş, 14%-i 20-29 yaş, 18%-i 30-39 yaş, 16%-i 40-49 yaş, 22%-i 50-59 yaş, 13%-i 60-69 yaş, 4%-i 70-79 yaş, 2 faizi isə 80 yaşdan yuxarı insanlardır”.

Afaq Mirayiq