Deputatların koronavirus testinin nəticələri MƏLUM OLDU
    • 23-06-2020, 15:15
    • 649

Deputatların koronavirus testinin nəticələri MƏLUM OLDU

Milli Məclisin deputatlarının koronavirus testinin nəticələri açıqlanıb. Bu barədə Milli Məclisin üzvləri məlumat veriblər.

Millət vəkillərindən Siyavuş Novruzov, Tahir Rzayev, Vüqar İsgəndərov, Məşhur Məmmədov, Tahir Kərimli, Sabir Hacıyev və digərləri Modern.az-a açıqlamalarında koronavirus testinin nəticələrinin neqativ çıxdığını bildiriblər.

Qeyd edək ki, Milli Məclisin deputatları və Aparat işçiləri iyunun 21-də koronavirus testi veriblər. /modern.az/