Azərbaycanda koronavirusa yoluxanların sayı 14 MİNƏ YAXINLAŞIR
    • 23-06-2020, 19:21
    • 668

Azərbaycanda koronavirusa yoluxanların sayı 14 MİNƏ YAXINLAŞIR

Azərbaycanda indiyədək ümumilikdə 13 715 nəfər koronavirus infeksiyasına (COVID-19) yoluxub, aparılan testlərin sayı isə 432 858-dir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 464 test aparılıb.