Koronavirusa yoluxan ərini tərk etdi, SAĞALANDAN SONRA GERİ QAYITMAQ İSTƏDİ
    • 24-06-2020, 15:38
    • 649

Koronavirusa yoluxan ərini tərk etdi, SAĞALANDAN SONRA GERİ QAYITMAQ İSTƏDİ

Banqladeşdə baş verən hadisə ölkədə gündəmini zəbt edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, işləmək üçün yaşadığı kəndi tərk edən şəxs koronavirusa yoluxduqdan sonra geri qayıdıb. Xəstəliyə yoluxan şəxsə ikinci şoku həyat yoldaşı yaşadıb. Samirə adlı xanım həyat yoldaşına"Koronavirusa yoluxmusan. Mən sənin yanında qalmaqla ölə bilmirəm. Tək öl" deyərək onu tərk edib. 

Uzun müddət həyat yoldaşını geri qaytarmaq istəyən şəxs buna nail ola bilməyib. Lakin xəstəlikdən sağaldıqdan sonra həyat yoldaşı Samirə evə qayıtmaq istəyib.

Koronavirusdan sağalan həyat yoldaşını qəbul etməyib. O, dərhal məhkəməyə müraciət edərək boşanıb. O, həyat yoldaşına "Sən sadəcə yaxşı günün həyat yoldaşısan. Yaşadığım ağır günlərdə məni tərk etdin. İndi olduğun ata evində qala bilərsən" deyib.