Bakıda cinayət: Dayə evdən 13 min manat pul oğurlayıb QAÇDI
    • 25-06-2020, 09:54
    • 755

Bakıda cinayət: Dayə evdən 13 min manat pul oğurlayıb QAÇDI

Bakıda oğurluq hadisəsi baş verib.

News24.az “Report”a istinadən xəbər verir ki, vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.

Faktla bağlı araşdırmalar aparılır.