Ağstafa rayonuna yeni prokuror TƏYİN EDİLDİ
    • 25-06-2020, 15:37
    • 735

Ağstafa rayonuna yeni prokuror TƏYİN EDİLDİ

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

News24.az məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəfərov Anar Novruz oğlu Ağstafa rayon prokuroru təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. /Report/