-
- 2-11-2024, 18:35
- 5 220
İrəvandan Bakıya gözlənilməz dəvət: Bu nazirimiz Ermənistana gedəcək?
Ermənistanın ətraf mühit naziri Akop Simidyan bildirib ki, Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.
Məlum olduğu kimi Azərbaycan Ararat Mirzoyanı COP29 çərçivəsində Bakıya dəvət edib.
Eyni hal COP17-də də yaşana bilərmi? Azərbaycandan kimlərin rəsmi dəvət alması gözləniləndir?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan Ermənistana COP29-la bağlı dəvət ünvanlayıb:
“Ermənistanın yekun sülh müqaviləsini imzalamağı ləngitməsi bu dəvətə mane olmadı. Azərbaycan isə sülhün, sabitliyin olmasında maraqlıdır və bu istiqamətdə mühüm addımlar atır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu dəvət çərçivəsində Azərbaycana səfər edə bilər”.
Deputatın sözlərinə görə, bu kimi proseslərdə ölkə başçısı, xarici işlər naziri və ya digər rəsmilər iştirak edirlər:
“Azərbaycan da Ermənistanda keçiriləcək COP17 tədbirinə dəvət alarsa, burada iştirak edəcək. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu tədbirə qatılması mümkündür”.