-
- 25-06-2020, 15:41
- 1 041
“Karantin vaxtı su üzünə həsrətik”- AAF PARK ETİRAZ EDİR
“Yayın istisində on günlərlə su olmur, bu karantin rejimində susuz qalmaq olarmı?!”
Bu barədə News24.az-a "AAF Park" Yaşayış Kompleksinin sakinləri tərəfindən daxil olan şikayətdə bildirilib.
Sakinlər müraciətdə bildiriblər ki, problemlə bağlı kompleksin rəhbərliyinə üz tutsalar da, həllini tapmayıb: “Bəzən çox az su verirlər, bir saatlıq, sonra yenə günlərlə su üzünə həsrət qalırıq. Karantində hamı evdədi, elə vaxt olur, əl-üz yumağa su tapmırıq. Bina nəzarətçisinə demişik, o deyir həll olunacaq, aylardı düzəlmir ki, düzəlmir”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı News24.az-a açıqlamasında bildirib ki, həmin ərazini su ilə təmin edən "AAF Park"ın özüdür: “Biz onun anbarına su verirdik, onlar da 10-12 saat su ilə təmin olunurdu. Bu məsələ ilə bağlı AAF Parka müraciət edilməlidir”.
"AAF Park" Yaşayış Kompleksinin komendantı bizimlə söhbətində kompleksdə suyun dayandırıldığını təsdiqləyib: “Azərsu”dan su çox az gəlir, surəti zəifdi. Su çənə tökülür, çəndən veririk. Burda su ilə bağlı məsələ "Azərsu" ilə sakinlər arasında olan məsələdir”.
Afaq Mirayiq