-
- 25-06-2020, 18:45
- 844
Azərbaycanda koronavirusa ən çox yoluxma 14 gündə qeydə alınıb
“Azərbaycanda koronavirusa ən çox yoluxma halı son 14 gündə qeydə alınıb”.
News24.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, virusla mübarizədə uğur qazanan ölkələr bunu təsadüfən etməyiblər: “Hansı ölkələrdə ictimai səhiyyə tədbirləri düzgün şəkildə həyata keçirilibsə, o ölkələrdə yoluxmanın sürəti aşağı düşüb”.
ÜST rəsmisi qeyd edib ki, Avropa ölkələrində yoluxma hallarının sayı kəskin şəkildə azalıb.