İsmayıllıda 600 kq-dan artıq narkotik vasitə məhv edildi -
    • 26-06-2020, 11:07
    • 684

İsmayıllıda 600 kq-dan artıq narkotik vasitə məhv edildi -

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Cülyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıq  olan 522 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.