Ağdaşda “Xaş–xaş 2019” əməliyyatı - 982 ədəd  çətənə kolu aşkar edildi
    • 29-06-2019, 10:25
    • 1 345

Ağdaşda “Xaş–xaş 2019” əməliyyatı - 982 ədəd çətənə kolu aşkar edildi

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Malay kəndi ərazisində vətəndaşa məxsus əkin  sahəsində  ümumi çəkisi306 kiloqram olan  yabanı halda bitmiş 982 ədəd narkotik tərkibli çətənə kolları  kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.