Spiker: “Sanitar-karantin rejiminin tələblərinə etinasız yanaşılır”
    • 29-06-2020, 11:36
    • 394

Spiker: “Sanitar-karantin rejiminin tələblərinə etinasız yanaşılır”

“Son vaxtlar ölkəmizdə koronavirusa yoluxanların sayında artım olub”.

News24.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında spiker Sahibə Qafarova bildirib.
S. Qafarova deyib ki, bunun səbəbi epidemiya əleyhinə, sanitar-gigyena və karantin rejimlərinin tələblərinə etinasız yanaşmadır: “Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulur. Yalnız rəqəmlər dəyişdiyi üçün layihə bir oxunuşda qəbul ediləcək”. /APA/