Ali məktəblərə sənəd verən subbakalavrların sayı AÇIQLANDI-DİM
    • 30-06-2020, 15:31
    • 561

Ali məktəblərə sənəd verən subbakalavrların sayı AÇIQLANDI-DİM

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, bu gün saat 15:15-dək elektron ərizə verən subbakalavrların sayı 15489-dur. Təsdiq olunan elektron ərizələrin sayı isə 12252-dir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. 

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.