Ramin Bayramlı istefa verib? - AÇIQLAMA
    • 30-06-2020, 18:41
    • 912

Ramin Bayramlı istefa verib? - AÇIQLAMA

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının son dövrlər Operativ Qərargahın brifinqinə qatılmaması və eləcə də sosial şəbəkələrdə istefa verməsi ilə bağlı deyilənlərə münasibət bildirilib. 

News24.az-ın bununla bağlı sualına cavab olaraq Yaqut Qarayeva bildirib ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da işinin başındadır: “Bu gün Türkiyədən dəvət etdiyimiz yeni həkim qrupu Bakıdadır. Onlar koronavirusla mübarizədə dəstək üçün dəvət olunublar”. 

O qeyd edib ki, TƏBİB sədri hazırda REACKT 19 layihəsi ilə bağlı bir qrup həkimlə xəstəxanalardadır. 

Afaq Mirayiq

Afaq Mirayiq