-
- 30-06-2020, 19:39
- 1 003
Faiq Ağayev xalqa SƏSLƏNDİ: "Bir olaq, yumruq olaq, güclü olaq" - VİDEO
Xalq artisti Faiq Ağayev həmvətənlilərimizə müraciət edib.
News24.az xəbər verir ki, müğənni hər kəsi COVİD-19 pandemiyasından özünü qorumağa çağırıb: "Əziz və sevimli dostlar. Neçə müddətdir sizinlə üzbəüz, canlı-canlı görüşmürəm. Səhnə və dinləyicilərim üçün çox darıxmışam. Bilirəm ki, siz də darıxırsınız. İş yoldaşlarınız, əzizləriniz və doğmalarınızdan ötrü çox darıxmısınız. Hamımız hər gün gəzdiyimiz küçələr üçün darıxırıq. Səbəb də bəllidir, COVİD-19 pandemiyası. İlk gündən qatıldığım bütün verilişlərdə maska, eləcə də əlcək taxmağın və sosial məsafənin qorunmasının nə qədər vacib olduğundan danışıram. Lakin son günlərin dinamikası heç də ürəkaçan deyil. Ona görə də sizə təkrar müraciət edib rica edirəm. Gəlin, bir-birimizi qoruyaq, maska və əlcək taxaq, sosial məsafəmizi gözləyək. Həkimlərimizin fədakar və sadiq əməyinə qiymət verək. Ölkə başçısı, Birinci vitse-prezident qatıldığı bütün görüşlərdə maska və əlcəklədirlər. Gəlin, şəxsi və gözəl nümunəyə biz də hay verək. Görün neçə evin çırağı söndü. Azərbaycan isə Odlar Yurdu ölkəsidir. Gərək burda hər bir ocağın çırağı gur yansın. Cənab Prezident, Mehriban xanım, xalqımız naminə, xəstəliklərin, ölümlərin və yoluxmaların artmaması üçün etdiyiniz böyük əməyi hər kəs kimi, mən də çox yüksək qiymətləndirirəm. Bir olaq, yumruq olaq, güclü olaq. Çünki biz birlikdə güclüyük".
Sevda Bayramova