-
- 6-12-2019, 11:04
- 964
"Ofisianta çevrilirəm..." - FAİQ AĞAYEV
"Həmkarlarım arasında ən çox televiziyalara çıxan mənəm. Sadəcə olaraq hazırda televiziya kanallarının sayı çoxdur və cavanlar arasında aktiv "raskrutka" gedir. Mən də bir çox gənclərə dəstək olmuşam. Deməzdim ki, sakit bir yerdə qərarlaşmışam. Yaxın günlərdə yeni mahnı və klip təqdim edəcəm. Artıq üzərində çalışmağa başlamışam. İşlərim çoxdur.
Bu sözləri Xalq artisti Faiq Ağayev News24.az-a açıqlamasında deyib. O, fevralın doqquzunda baş tutacaq seçkilər haqda danışıb: "Məni orada görmək istəyənlər var. Fevralın 9-da seçkilər olacaq. Yəni ki, yanvar ayından kimin namizədliyini verəcəyi bəlli olacaq. Gəlin o zamanı gözləyək".
Faiq Ağayev Xalq artisti Afaq Bəşirqızının millət vəkili seçilməsi üçün təşkil olunan kompaniyalardan bəhs edib: "Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş namizədliyini irəli sürə bilər. O cümlədən Azərbaycan mədəniyyətinə çox böyük töhvələr etmiş Afaq Bəşirqızı. Mən inanıram ki, millət vəkilliyinə namizədliyini versə, onun arxasında çoxlu azərbaycanlı olacaq"
Ad gününə saylı günlər qalan Xalq artisti Faiq Ağayev dəbdəbəli doğum günü etməyəcəyini söyləyib: "Həmişəki kimi restoranların birində oturacağıq, 10-20 nəfər. Dəbdəbəli ad günü qeyd etməyi sevmirəm. Çünki ofisianta çevrilirəm. İnsanı həmin gün özünü unudur".
Xalq artisti parodiayalardan incimədiyini vurğulayıb: "Məsələn mənim dostlarım "Bu şəhərdə" kollektivi. Onlar mütəmadi olaraq məni parodiya edirlər, amma mən heç vaxt onlardan inciməmişəm, çünki gözəl edirlər. Parodiya eləmək üçün gərək insanın istedadı və düzgün yanaşması olsun. Parodiya elədiyin insanı qətiyyən aşağılamamalısan".
Sevda Bayramova